Frendo.az
Ana Səhifə
Kateqoriyalar
MəhsullarBlogƏlaqə
Ana Səhifə
MəhsullarBlogƏlaqə

Zəmanət Şərtləri

Frendo.az stul və masa məhsulları üçün 2 illik zəmanət şərtləri və istifadə qaydaları

Zəmanət Müddəti

Zəmanət müddəti məhsulun satıldığı gündən etibarən 24 aydır.

Vacib Qeyd: Satınalma tarixinin təsdiqi üçün zəmanət kartını, təhvil-təslim aktını, qəbzi, fakturanı və ya buna bənzər sənədləri saxlayın. Sənədlər tam olmadıqda, şirkət zəmanət xidmətindən imtina etmək hüququna malikdir.

Zəmanət Şərtləri

Zəmanət xidməti bütün məhsulu əhatə edir.

Zəmanətə Daxildir:

  • •Material qüsurları
  • •Montaj səhvləri
  • •İstehsalat qüsurları
  • •Mexaniki hissələrdə qüsurlar
  • •Lak və cilalama qüsurları

Bu hallarda təmir şirkət hesabına həyata keçirilir; lazım olduqda isə məhsul pulsuz dəyişdirilir.

Zəmanətə Daxil Olmayan Hallar

  • •Zəmanət müddətinin bitməsi
  • •İstifadə təlimatına əməl olunmaması
  • •Çatdırılmadan sonra mexaniki zədələr (cızıq, deşik, qırılma)
  • •Mexanizmlərin həddindən artıq yüklənməsi
  • •Təbii fəlakətlər (sel, yanğın, qəza və s.) nəticəsində yaranan zədələr
  • •İstifadəçi tərəfindən bilərək və ya bilməyərək edilən fiziki zədələr
  • •İcazəsiz təmir və ya dəyişikliklər
  • •Məhsula zərərli təmizləyici vasitələrin istifadəsi
  • •Yanlış istifadə nəticəsində yaranan zədələr

Bu hallarda xidmətlər şirkətin tarifləri ilə ödənişli olur və ekspert tərəfindən qiymətləndirilir.

Təmir Müddəti

Təmir müddəti maksimum 30 iş günü təşkil edir. Təmir müddəti zəmanət müddətinə əlavə olunmur.

Məhsul Qəbul Edilməsi

Məhsulu quraşdırdıqdan sonra diqqətlə yoxlayın:

  • • Stul mexanizmləri və təkərləri (əgər varsa)
  • • Masa ayaqları və bərkitmə elementləri
  • • Mexaniki zədələr
  • • Lak və cilalama keyfiyyəti

Diqqət: Çatdırılmadan sonra aşkar edilən mexaniki zədələr zəmanətə daxil deyil və ödənişlidir.

Məhsul Çatdırılması və Quraşdırılması

Çatdırılma

Məhsul çatdırılması müştərinin göstərdiyi ünvana daşınmasını, yüklənməsini, boşaldılmasını əhatə edir. Bu xidmət şirkət tərəfindən pulsuz göstərilir.

Vacib Qeyd: Özünüz məhsulu daşımağı seçsəniz, yaranan qüsurlara zəmanət tətbiq olunmaya bilər.

Quraşdırma

Məhsul quraşdırılmasını şirkətin təlim keçmiş işçilərinə tapşırmağınız tövsiyə olunur. Peşəkar olmayan quraşdırma zəmanəti pozur və təhlükəsizlik riskləri yarada bilər.

Zəmanət üçün bizimlə əlaqə saxlayın

Zəmanət xidməti və ya suallarınız üçün müştəri xidmətlərimizlə əlaqə saxlayın

+994 10 265 15 98[email protected]
Frendo.az

Fıstıq ağacından yüksək keyfiyyətli stol və stulların tək ünvanı.

Məhsullar

  • Bütün məhsullar
  • Stullar
  • Masalar
  • Stol-Stul Dəsti

Şirkət

  • Haqqımızda
  • Əlaqə
  • Müştəri Xidməti
  • FAQ
  • Zəmanət

Əlaqə

  • Bakı şəh, Bakıxanov qəs, Bəşir Bünyadov küçəsi 11, Kia Servisin yanı
  • +994 10 265 15 98
  • [email protected]

© 2026 Frendo.az

Ana səhifə
WhatsApp
Məhsullar