Əsas məzmuna keç

İstifadə və ödəniş şərtləri

Son yenilənmə: 31 oktyabr 2026

Bu şərtlər frendo.az saytda və Frendo app-da verdiyiniz sifarişlərə aiddir. Sifariş düyməsini basmaqla bu şərtlərlə razılaşdığınızı təsdiqləyirsiniz.

Satıcı

  • KOMFORM MMC ("Frendo" brendi), VÖEN: 1804385841
  • Hüquqi ünvan: AZ1034, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bünyatov (Sabunçu), ev 11
  • Showroom və fabrik: Bəşir Bünyadov küçəsi 11, Kia servisin yanı (Koroğlu metrosu ilə Bakıxanov arası). B.e.–Şənbə, 10:00–19:00.
  • Telefon və WhatsApp: +994 10 265 15 98
  • E-poçt: [email protected]

Məhsul məlumatı

  • Ölçülər santimetrlə göstərilir.
  • Şəkillərdəki rəng ekrana görə bir qədər fərqlənə bilər.
  • Ağac təbii materialdır, naxış və tonu hər məhsulda bir az fərqlidir. Şpon naxışı seçilmir və showroomdakı nümunə ilə eyni olmaya bilər.

Qiymət

  • Qiymətlər manatla (₼) göstərilir.
  • Sifarişin qiyməti sifariş verilən anda saytda və ya app-da göstərilən qiymətdir. Sonradan qiymət dəyişsə də, təsdiqlənmiş sifarişin qiyməti dəyişmir.
  • Endirimlər: bir sifarişdə yalnız bir endirim tətbiq olunur, ən sərfəlisi avtomatik seçilir. Endirimin şərtləri (müddət, minimum məbləğ, aid olduğu məhsullar) endirimin özündə göstərilir.

Sifariş

  • Hazır məhsul:
    • Sifariş veriləndə məhsul stokda sizin üçün saxlanılır.
    • Hesaba daxil olmadan verilən nağd sifariş WhatsApp-a gələn kodla təsdiqlənir. Kod daxil edilənə qədər sifariş qəbul olunmuş sayılmır. Hesaba daxil olmusunuzsa, kod lazım deyil.
    • Sifariş qəbul olunanda, yola çıxanda və çatdırılanda WhatsApp-a mesaj gəlir. Hesabınız varsa, bütün mərhələləri app-da da görürsünüz.
  • Özəl sifariş:
    • Ölçü, rəng və parça WhatsApp-da razılaşdırılır.
    • Sifariş beh ödənildikdən sonra qüvvəyə minir.
    • Hazırlanma müddəti adətən 15–20 iş günüdür. Fors-major hallarda (çox sayda sifariş, avadanlıq nöqsanı, elektrik kəsintisi, təbii fəlakət) müddət uzana bilər, bu barədə sizə xəbər veririk.

Ödəniş

  • Nağd: məhsulu təhvil alıb yoxlayandan sonra kuryerə ödəyirsiniz.
  • Bank kartı və hissə-hissə (taksit):
    • Ödəniş E-point vasitəsilə, bankın təhlükəsiz səhifəsində edilir.
    • Kart məlumatlarınız Frendo-da saxlanılmır.
    • Taksitin ay sayı və şərtləri bankındır və ödəniş səhifəsində göstərilir.

Çatdırılma və quraşdırma

  • Bakı daxilində çatdırılma və quraşdırma pulsuzdur.
  • Çatdırılma tarixi sabahdan başlayır. Vaxt aralığını siz seçirsiniz: 10:00–14:00 və ya 14:00–19:00.
  • Kuryer gəlməzdən əvvəl sizinlə əlaqə saxlayır.
  • Təhvil zamanı məhsulu kuryerin yanında yoxlayın. Bir problem görsəniz, dərhal deyin.
  • Razılaşdırılmış vaxtda ünvanda olmasanız, məhsulu fabrikdən götürə bilərsiniz və ya başqa yolu birlikdə razılaşdırırıq.

Hesab

  • Hesab telefon nömrəniz əsasında açılır, parol yoxdur. Daxil olmaq üçün WhatsApp-a (lazım olsa SMS-lə) kod gəlir.
  • Kodu heç kimə verməyin. Frendo əməkdaşları sizdən kod istəmir.
  • Hesabı silmək: app-da Profil → "Hesabı sil" və ya saytda Hesabım → Profil → "Hesabı sil". Aktiv sifarişiniz varsa, həmin sifariş bitənə qədər gözləmək lazımdır.

Mübahisələr

  • Əvvəlcə WhatsApp-a və ya telefonla yazın, məsələni birlikdə həll edirik.
  • Həll olunmayan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.

Şərtlərin dəyişməsi

  • Şərtlər yenilənə bilər. Sifarişinizə həmin sifarişi verdiyiniz gün qüvvədə olan versiya tətbiq edilir.
  • Son yenilənmə tarixi səhifənin yuxarısında göstərilir.