Mebeli özümüz edirik.
Frendo — KOMFORM MMC-nin brendidir. Bakıdakı fabrikimizdə fıstıq, palıd və qoz ağacından masa, stul, bar stulu və kreslo hazırlayırıq.
Bir stul necə yaranır
- TaxtaQurudulmuş massiv fıstıq və palıd seçirik.
- Kəsim və yığımDetallar kəsilir, birləşmələr yapışqan və şipla bərkidilir.
- Zımpara və rəngSəth hamarlanır, rəng və lak qatları çəkilir.
- ParçaOturacaq və arxalıq öz sexmizdə tikilir.
- YoxlamaHər məhsul çatdırılmadan əvvəl yoxlanılır.
Showroom
- Ünvan
- Bəşir Bünyadov küçəsi 11, Kia servisin yanı
- İş saatı
- Bazar ertəsi–Şənbə, 10:00–19:00Bazar günü bağlıdır
- Telefon
- 010 265 15 98
Tez-tez soruşulanlar
Çatdırılma pulludurmu?
Bakı daxilində çatdırılma və quraşdırma pulsuzdur. Tarixi və saat aralığını (10:00–14:00 və ya 14:00–19:00) sifarişdə özünüz seçirsiniz.
Hazır məhsul nə vaxt gəlir?
Stokdakı məhsullar sifarişdən sonrakı gündən etibarən çatdırılır.
Özəl sifariş nə qədər çəkir?
Fabrikimizdə 15–20 iş günü. Ölçü, rəng və parçanı WhatsApp-da birlikdə razılaşırıq.
Zəmanət nəyi əhatə edir?
2 il. Karkasın təbii səbəbdən deformasiyası və sınması, birləşmələrin boşalması, zavod parça və tikiş qüsurları, süngərin həddən artıq oturması. Təhvildən sonra daşıma və qaldırma zamanı yaranan zədə, kimyəvi maddə, isti maye izləri və kəsiklər, məhsulun təyinatına uyğun olmayan istifadə, günəş və rütubətdən solma əhatə olunmur. Qüsur təsdiqlənəndə məhsul 7 iş günü ərzində təmir olunur və ya dəyişdirilir.
Hazır məhsulu qaytarmaq olar?
Bəli. Hazır məhsulu çatdırılma günündən sonra (həmin gün sayılmır) 14 gün ərzində qaytara və ya başqa məhsulla dəyişdirə bilərsiniz. Şərt: məhsul işlənməyib, yalnız quraşdırılıb, üzərində iz, cızıq və ləkə yoxdur. Qablaşdırma tələb olunmur. WhatsApp-a sifariş nömrəsini və səbəbi yazın: məhsulu Bakı daxilində pulsuz götürürük, pul ödədiyiniz üsulla qaytarılır. Özəl sifariş qaytarılmır — onu yalnız sifarişdən sonrakı 1 gün ərzində dəyişmək və ya ləğv etmək olar.
Necə ödəyə bilərəm?
Bank kartı ilə, hissə-hissə (taksit) və ya çatdırılmada nağd.