... baxış
Yeni kafe, restoran və ya obyekt açan sahibkarlar üçün məkan planlaması, dözümlü masa və stul seçimi üzrə bələdçi.
Yeni Obyekt Açanların Ən Böyük İmtahanı: Mebeldə Zərərə Düşməmək Üçün Nələri Bilməlisiniz?
Salam, mən Harun.Yeni bir məkan açmaq – istər şirin bir kofe şopu olsun, istərsə də böyük bir restoran – böyük cəsarət və yuxusuz gecələr tələb edir. Havalandırma sistemi, mətbəx avadanlıqları, usta kaprizləri, menyunun təsdiqi... O qədər detal var ki, çox vaxt masa və stul seçimi ən sona saxlanılır. Büdcə artıq tükənmək üzrə olanda isə sahibkar tələm-tələs, "təki qəşəng görünsün və ucuz olsun" məntiqi ilə qərar verir.
10 illik istehsalat təcrübəmdə bu ssenarinin necə bitdiyini dəfələrlə görmüşəm: Açılışdan cəmi 3-4 ay sonra yellənən masalar, cırıldayan və qırılan stullar, ləkəsi getməyən parçalar və yenidən mebel axtarışına çıxan stresli obyekt sahibi.
Əziz sahibkarlar, bu gün sizə bir istehsalçı kimi yox, sizin otağınızda oturub dərdi bölüşən bir mütəxəssis kimi səslənirəm. Gəlin, obyektinizin "onurğa sütunu" olan mebelləri seçərkən nələrə diqqət etməli olduğunuzu addım-addım incələyək.
1. Konseptiniz Nədir? (Müştərini Nə Qədər Oturtmaq İstəyirsiniz?)
Mebel sadəcə dekorasiya deyil, biznesinizin idarəetmə alətidir. Stul seçiminə başlamazdan əvvəl özünüzə bu sualı verin: "Mən istəyirəm ki, müştəri gəlib tez yeyib getsin, yoxsa saatlarla oturub çay/qəlyan sifariş etsin?"• Sürətli Dövriyyə (Fast Food / Ayaqüstü kafelər): Əgər məqsədiniz sirkulyasiyadırsa, stullar funksional və standart rahatlıqda olmalıdır. Kürək bucağı bir az daha dik olmalıdır ki, insan çox "yuxulamadan" yeməyini yeyib masanı növbəti müştəriyə təhvil versin.
• Lounge və Uzunmüddətli Oturuş: Əgər konseptiniz fine-dining və ya uzun söhbətlər üçün nəzərdə tutulubsa, mütləq qollu stullara, beli tam dəstəkləyən yumşaq və geniş oturacaqlara üstünlük verməlisiniz. Müştərinin beli ağrısa, o bir daha obyektinizə gəlməyəcək
2. Karkasın "Görünməyən" Gücü
Mağazaya girəndə bütün stullar eyni görünür: Taxta, üstündə parça və boya. Amma o boyanın altında nə yatır?Ev üçün nəzərdə tutulmuş mebellər gündəlik yüngül istifadə üçün hesablanıb. Obyektinizdə isə hər gün onlarla fərqli çəkidə insan o stulu sınağa çəkəcək. Əgər karkas yumşaq ağacdan və ya DSP-dən yığılıbsa, ən kiçik bir yükdə vintlər taxtanı yeyəcək və stul laxlayacaq.
Biz Frendo-da Horeca (restoran/kafe) layihələrində riskə getmirik. İstehsalatımızda Ukraynadan xüsusi olaraq gətirilmiş və tam qurudulmuş fıstıq ağacından istifadə edirik. Fıstıq ağacının sıxlığı dəmir kimidir. Biz onu xüsusi "şip-paz" (bir-birinə keçmə) üsulu ilə və dözümlü sənaye kleyləri ilə yığırıq. Nəticədə sizə illərlə trafikə dözəcək, cırıldamayacaq, daş kimi bir məhsul veririk.

3. Ləkə qorxusu və Parça Seçimi
Yeni açılan bəzi məkanlara girirəm, baxıram ki, açıq rəngli, məxmər kimi zərif parçalardan mebel yığılıb. Gözəldir? Çox. Praktikdir? Qətiyyən yox!Restoranda qəza həmişə olacaq. Kofe dağılacaq, sous damlayacaq. Əgər siz asan silinməyən, mayeni birbaşa süngərə (qubkaya) ötürən parça seçsəniz, hər ay kimyəvi təmizləməyə maaş verməli olacaqsınız. Biz obyekt sahiblərinə xüsusi texnoloji, ləkə saxlamayan və su keçirməyən parçalar təklif edirik. Ofisiantınız sadəcə nəm bir salfetlə stulun üstündən o ləkəni siləcək və masa dərhal növbəti qonaq üçün hazır olacaq. Üstəlik, bu parçalar çox sıx toxunduğu üçün sürtünmədən "torbalanmır".
4. Masa Ölçüləri: Otağa Nə Qədər Masa Sığar?
Obyekt sahiblərinin digər bir xətası məkanı masalarla "boğmaqdır". Daha çox adam otursun deyə, stullar və masalar o qədər sıx qoyulur ki, nə ofisiant rahat xidmət edə bilir, nə də müştəri stulu arxaya çəkəndə rahatlıq tapır.• 60 Santimetr Qaydası: Bir insanın masa arxasında rahat dirsəklənməsi və yemək yeməsi üçün ona minimum 60 sm fərdi genişlik lazımdır. Yəni, 120 sm-lik bir masaya yan-yana 3 nəfər oturtmağa çalışmayın.
• Keçid Yolları: Masalar arasında ofisiantın və müştərilərin hərəkəti üçün minimum 45-50 sm təmiz boşluq qalmalıdır.
Biz Frendo-da istehsalçı olduğumuz üçün sizi standart ölçülərə məhkum etmirik. Əgər obyektinizin strukturu dardırsa, biz masanın enini 90 sm deyil, 80 sm və ya 75 sm kəsə bilərik. Məkanınızın hər santimetrini düzgün dəyərləndirmək bizim işimizdir.

5. İstehsalçı ilə İşləməyin Biznes Üstünlükləri
Dükan-dükan gəzib vasitəçilərdən hazır mebel alanda, sabah o dükanın qapısı bağlansa, siz ortada qalırsınız. Amma yerli istehsalçı ilə işləmək sizin biznesinizə zireh geyindirir:A. Eyni Modeli İllər Sonra da Tapa Bilmək
Bir ildən sonra teras açdınız və ya obyekti böyütdünüz. Zaldakı eyni mebeldən bir daha lazımdır. Mağaza deyəcək: "Artıq gəlmir." Biz isə qəlibləri arxivdə saxladığımız üçün düyməyə basıb sizə eyni rəngdə, eyni parçada və eyni ölçüdə əlavə dəstləri sıfırdan yığacağıq.
B. Təmir Xidməti
5 il keçdi, 10 stulun parçası cırıldı və ya süngəri yatdı. Yenisini almağa ehtiyac yoxdur. Həmin stulları fabrikimizə göndərərsiniz. Biz isə yalnızca zədələnmiş hissəsini yeniləyirik. Bu, sizə minlərlə manat qənaət deməkdir.
C. Rəsmiyyət (B2B Köçürmə) və Zəmanət
Yeni obyekt açarkən mühasibatlığın təmizliyi ən vacib şərtdir. Biz Frendo olaraq sifarişlərinizi tam qanuni müstəvidə, bank köçürməsi və rəsmi invoys/ƏDV ilə həyata keçiririk. Siz mebel xərcini rəsmi dövriyyənizdə rahatlıqla göstərə bilirsiniz.
Nəticə: Təməl Sağlam Olmalıdır
Əziz sahibkarlar, obyektinizin təmiri, işıqlandırması və mətbəxi nə qədər mükəmməl olsa da, müştərinin fiziki olaraq təmasda olduğu yeganə şey o stul və masadır. Konforu hiss etməyən qonaq, ən dadlı yeməyi belə unudacaq.Təmirinizin sonunu gözləməyin. Obyektin planını, dizayn layihəsini götürün, gəlin bizim frendo.az saytımıza baxın, sonra isə birbaşa showroom-a çay içməyə gəlin. Gəlin oturaq, biznesinizin konseptinə uyğun parçanı, dözümlü fıstıq ağacının rəngini və büdcənizi sıxmayacaq rəsmi əməkdaşlığı planlayaq. Siz işinizin yaradıcı tərəfi ilə məşğul olun, yükü isə qoyun bizim mebellər çəksin.
Uğurlu açılışlar arzusu ilə, WhatsApp nömrəmiz daima xidmətinizdədir!
Hörmətlə,
Harun