... baxış
Restoran və obyekt sahibləri üçün mebeli vasitəçidən yox, birbaşa yerli istehsalçıdan almağın strateji və maliyyə üstünlükləri.
Obyektiniz Üçün Mebel Alarkən Edilən Ən Bahalı Səhv: Vasitəçi Tələsi
Salam, mən Harun.Təsəvvür edin ki, çox uğurlu bir restoran açmısınız. İşlər əla gedir. İki il sonra qərar verirsiniz ki, obyekti böyüdəsiniz, yan tərəfdəki terası da zala qatasınız. Təbii ki, içəridəki dizaynı pozmamaq üçün eyni masa və stullardan əlavə 20 dəst də almaq lazımdır.
Mebeli aldığınız mağazaya zəng edirsiniz və o qorxunc cavabı eşidirsiniz: "O modeldən artıq xaricdən gətirmirik." Nəticə? Ya teras üçün tamamilə fərqli, zala yaraşmayan mebel almalısınız, ya da bütün obyektin mebelini sıfırdan dəyişib on minlərlə manat xərcə düşməlisiniz.
Obyekt sahibləri məni çox yaxşı başa düşür. Restoran və kafe biznesində mebeli vasitəçidən (al-sat edən mağazadan) almaq, obyektin gələcəyini başqasının insafına buraxmaqdır. Bu gün sizə, birbaşa istehsalçının – bizim Frendo fabrikinin biznesinizə necə sipər ola biləcəyini izah edəcəyəm.
1. "Eyni Stuldan Yenə Lazımdır" Rahatlığı (Davamlılıq)
Vasitəçi mağazalar xaricdən konteynerlərlə mal gətirir, satır və unudurlar. Onların məqsədi anbarı boşaltmaqdır. İstehsalçı isə satdığı malın arxasında duran adamdır. Biz Frendo-da sizin restoranınız üçün yığdığımız stulların qəliblərini, ölçülərini və istifadə olunan parçanın kodunu arxivimizdə saxlayırıq.Siz 3 il sonra zəng edib "Harun usta, mənə o vaxtkı stullardan əlavə 15 dənə də lazımdır" desəniz, biz dərhal maşınları işə salırıq. Nə rəng fərqi olacaq, nə də ölçü. Sizin biznesiniz böyüdükcə, biz də sizinlə bərabər həmin konsepti böyüdə bilirik. Çünki karkası biz kəsirik, parçanı biz vururuq.

2. Dizayn Standartlara Sığmayanda: Rəng və Parça Seçimi
Mebel mağazasına girəndə adətən qarşınıza iki və ya üç rəng seçimi qoyulur: "Boz, qara, bir də tünd qırmızı var." Bəs sizin restoranınızın interyer dizayneri divarları zümrüd yaşılı, detalları isə qızılı rəngdə işləyibsə necə olacaq? Məcbur qalıb dizaynı pozacaqsınız?Bizimlə işləməyin ən böyük üstünlüyü azadlıqdır. Biz sizə "stul budur" demirik, "necə stul istəyirsiniz?" deyirik. Siz Ukraynadan gətirdiyimiz dözümlü fıstıq ağacından olan karkasın üzərinə hansı ton lak vurulmasını istədiyinizi seçirsiniz. Parça kataloqumuzdan restoranınızın konseptinə uyğun, ləkə saxlamayan, su keçirməyən ən ideal rəngi və teksturanı təyin edirsiniz. Sizin obyektiniz standartlara yox, bizim mebelimiz sizin obyektinizə uyğunlaşır.
3. Təmir Xidməti: Biz Yaratdığımızı Bərpa Edə Bilirik
Horeca (restoran/kafe) sektorunda mebelin zədələnməsi qaçılmazdır. Ofisiantın əlindən qab düşə bilər, hansısa müştəri iti bir əşya ilə stulun parçasını cıra bilər və ya illərin ağır istifadəsindən sonra süngər (qubka) yata bilər.Vasitəçidən alınan mebel zədələndikdə, o stulu birbaşa zibilliyə atırsınız. Çünki mağaza təmir etmir, adi ustalar isə o karkasın anatomiyasını bilmir.
Frendo-dan aldığınız hər bir məhsul isə bizim "övladımızdır". Biz istehsal etdiyimiz stulların daxili strukturunu əzbər bilirik. Əgər obyektinizdə 5-10 stulun parçası cırılıbsa və ya yenilənməyə ehtiyacı varsa, yeni stul alıb büdcənizi dağıtmırsınız. Məhsulları fabrikimizə gətirirsiniz, yalnız zədələnmiş hissəni – istər parça, istər süngər olsun – orijinalı ilə əvəz edib, ilk günkü kimi sizə qaytarırıq. Bu, biznesiniz üçün minlərlə manat qənaət demətdir.

4. Rəsmiyyət və Şəffaflıq: B2B Köçürmə ilə İşləmək
Böyük bir obyektin açılışı və ya yenilənməsi kiçik məbləğlərlə ölçülmür. Burada söhbət on minlərlə manatlıq dövriyyədən gedir. Bir çox mebel sexləri qeyri-rəsmi işləyir, ancaq "nağd pul" tələb edirlər. Bir biznes sahibi kimi, bu cür böyük məbləğləri nağd şəkildə kassa xərci kimi göstərmək mühasibatlıq üçün əsl başağrısıdır.Frendo olaraq biz korporativ (B2B) satışların dilini çox yaxşı bilirik. Sifarişlərinizi tam şəffaf, qanunvericiliyə uyğun olaraq bank köçürməsi yolu ilə həyata keçiririk. Bütün ƏDV, elektron qaimə və invoys prosesləri dəqiqliklə rəsmiləşdirilir. Nəticədə siz nəinki keyfiyyətli mebel alırsınız, həm də dövlət qarşısında maliyyə hesabatlarınızı tam təmiz və sənədləşdirilmiş şəkildə aparırsınız. Biznes bizneslə rəsmi dildə danışmalıdır, biz də məhz bunu edirik.
Nəticə: İstehsalçı Sizin Şərikinizdir
Mebel satıcısı pulunu alıb gedir, istehsalçı isə illərlə sizinlə qalır. Obyektinizdə oturan hər bir müştərinin rahatlığı, o stulun illərlə cırıldamadan xidmət etməsi sizin qədər mənim də məsuliyyətimdir.Əgər yeni bir obyekt açırsınızsa və ya mövcud restoranınızın mebellərini yeniləməyi planlaşdırırsınızsa, dükan-dükan gəzib standart modellərə baxmaqla vaxt itirməyin. Layihənizi, dizayn renderlərinizi götürün və bizimlə əlaqə saxlayın. Saytımızda (frendo.az) modellərimizlə tanış ola, sonra isə showroom-a gələ bilərsiniz.
Gəlin, büdcənizə, dizaynınıza və mühasibatlığınıza ən uyğun olan rəsmi əməkdaşlığı quraq. Siz müştərilərinizi necə ləzzətli yeməklərlə doyurursunuzsa, biz də o müştəriləri ən rahat stullarda oturdacağıq.
Sualınız və ya layihəniz varsa, WhatsApp nömrəmiz həmişə biznes sahiblərinin üzünə açıqdır.
Hörmətlə,
Harun