... baxış
Restoran, kafe və obyektlər (Horeca) üçün uzunömürlü stul, masa və kreslo seçimi.
Obyekt Sahibləri Üçün Acı Həqiqətlər: Horeca Mebeli Niyə Ev Mebelindən Fərqlidir?
Salam, mən Harunam.Bu gün ev xanımlarından, mətbəxlərdən və kiçik zallardan bir az uzaqlaşıb, birbaşa biznes sahibləri ilə, restoran və kafe müdirləri ilə danışmaq istəyirəm. Obyekt işlədənlər məni çox yaxşı başa düşəcək: Biznesdə mebel xərc deyil, investisiyadır. Amma yanlış seçilmiş mebel, hər il yenilənməsi gərəkən, qazancınızı yeyən bir cəzaya çevrilə bilər.
Təsəvvür edin: Restoranınızda ən sıx saatdır (pik vaxtı). Müştərilər yeyir-içir, ofisiantlar qaçhaqaçdadır. Və birdən... müştərinin altındakı stulun ayağı qırılır. O an yaranan səs, müştərinin pərtliyi və obyektin imicinə dəyən zərbəni heç bir pulla bərpa etmək olmur.
Bir obyekt sahibi olaraq, interyer dizaynerinizin "bu stul bura çox qəşəng yaraşır" sözünə aldanıb, dözümsüz mebelə on minlərlə manat pul bağlamaq ən böyük səhvlərdən biridir. Gəlin, 10 illik topdan satış və Horeca (Otel, Restoran, Kafe) istehsalat təcrübəmə əsaslanaraq, obyektiniz üçün mebel seçərkən nələrə diqqət etməli olduğunuzu aydınlaşdıraq.
1. Dözümlülük: Mebelinizin "Döyüş" Qabiliyyəti
Evdə bir stulda gündə maksimum 3-4 dəfə otururlar. Kafedə isə o stul dayanmadan "işləyir". Gündə onlarla fərqli insan – fərqli çəkidə, fərqli oturuş vərdişləri ilə o stulu sınağa çəkir. Kimsə stulu arxaya əyir, kimsə masaya çox yaxınlaşmaq üçün onu bütün gücü ilə dartır.Əgər siz ucuz başa gəlsin deyə yumşaq ağaclardan, DSP və ya keyfiyyətsiz dəmirdən yığılmış mebellərə üstünlük versəniz, 6 ay sonra o stullar cırıldamağa və yellənməyə başlayacaq.
Biz Frendo istehsalatında Horeca sifarişləri üçün məhz Ukraynadan xüsusi gətirilmiş və tam qurudulmuş fıstıq ağacından istifadə edirik. Fıstıq ağacı çox sərt və sıxdır. Biz karkası yığarkən şuruplarla bərabər, xüsusi "şip-paz" (bir-birinə keçmə) sistemindən və sənaye tipli yapışdırıcılardan istifadə edirik. Bu o deməkdir ki, stulun bir parçası digərinə elə qaynaqlanır ki, illərlə davam edən o ağır trafikə dözə bilir.

2. Praktiklik: Ləkələrə və Suya Qalib Gəlmək
Restoranda qəza qaçılmazdır. Kofelər dağılacaq, souslar damlayacaq, uşaqlar şirəni stulun üstünə tökəcək.Obyekt sahibi stulu alanda onun parçasının yalnız rənginə baxırsa, böyük risk edir. Sizə asan silinən, mayeni içinə çəkməyən və ən əsası sürtünməyə qarşı dözümlü (torbalanmayan) parçalar lazımdır. Biz istehsalatda məhz Horeca üçün nəzərdə tutulmuş xüsusi testlərdən keçmiş texnoloji parçalar tətbiq edirik. Tökülən çay parçanın üzərində damcı kimi qalır, ofisiant bir salfetlə onu silir və stul yenidən müştəri qəbuluna hazır olur. Kimyəvi təmizləməyə hər ay pul xərcləmək məcburiyyətində qalmırsınız.

10 İllik Təcrübə və Böyük Layihələrin Yükü
Bəzən dükana girib "mənə 300 dənə stul lazımdır" deyəndə, satıcıların necə əl-ayağa düşdüyünü görmüsünüz yəqin. Çünki kiçik sexlər üçün bu rəqəmlər kabusdur – keyfiyyət itir, vaxt uzanır.Biz Frendo olaraq 10 ildir ki, sırf bu cür ağır, irihəcmli topdan Horeca layihələrinin altından alnıaçıq çıxırıq. Mənim üçün 1 stulun keyfiyyəti necədirsə, 500-cü stulun da keyfiyyəti eynidir. Real faktlara əsaslanaq:
• "Shaurma No 1" üçün düz 500 ədəd yüksək trafika dözümlü stul istehsal etdik.
• "Gamarjoba"nın Bakıxanov filialı üçün sıfırdan 350 stul, 80 masa və 40 divan yığaraq obyekti tam təhvil verdik.
• "Nəlbəki"nin Mərdəkan filialına 4 fərqli konseptdə, ümumilikdə 111 ədəd xüsusi kreslo istehsal etdik.
• "Lvov Şokolad Evi", "ArmoodBaku", "Hilton Hotel", "Gülüstan Sarayı" kimi yüksək statuslu məkanların da etimadını qazanmışıq.
• Hətta dövlət səviyyəli COP29 tədbiri üçün 500 ədəd xüsusi kreslonun istehsalı və vaxtında çatdırılması məhz bizim istehsalatın gücünün göstəricisidir.
Bu adları çəkməkdə məqsədim "biz beləyik, eləyik" demək deyil. Məqsədim odur ki, obyekt sahibi bilsin: Biz bu yolu dəfələrlə getmişik və restoran biznesinin dinamikasını, tələblərini əzbər bilirik.
Biznes Üçün Rahatlıq: Rəsmi Köçürmə və Zəmanət
Bir obyektin açılışı böyük xərclər tələb edir: Təmir, avadanlıqlar, işçilər, icarə... Mebel büdcəsi bəzən biznesmenləri sıxıntıya salır və ucuz, keyfiyyətsiz yollara əl atmağa məcbur edir.Biz Frendo-da sizin biznesinizi dəstəkləmək üçün iki böyük addım atmışıq:
1. Tam Rəsmi Zəmanət: İstehsal qüsurlarına qarşı 2 illik rəsmi zəmanət veririk. Zalı doldurdunuz, hansısa stulda karkas problemi oldu? Zəng edirsiniz, problem bizimdir, həll edirik. Obyektiniz dayanmır.
2. Rəsmi Köçürmə və ƏDV (B2B Əməkdaşlıq): Biznes əməliyyatlarında nağd puldan çox, mühasibatlığın təmizliyinin vacib olduğunu çox yaxşı bilirik. Xüsusilə böyük layihələrdə və obyekt sifarişlərində tam rəsmi şəkildə, bank köçürməsi yolu ilə işləyirik. Bütün ƏDV və invoys məsələləri qanunvericiliyə uyğun, tam şəffaf şəkildə təmin olunur. Beləliklə, siz obyektinizə etdiyiniz bu böyük mebel yatırımını rahatlıqla rəsmi xərc kimi sənədləşdirə bilirsiniz.
Nəticə
Hörmətli obyekt sahibləri və menecerlər. Restoranınıza mebel alarkən onu evinizə alırmış kimi yox, fabrikinizə dəzgah alırmış kimi seçin. O mebel işləməlidir, dözməlidir və sizə pul qazandırmalıdır.Obyektinizin planını, dizayn renderlərini (əgər varsa) götürün və showroom-umuza gəlin. Gəlin oturaq, çayımızı içək, obyektinizin rənglərinə, trafikinə və büdcəsinə ən uyğun olan dözümlü modelləri birlikdə seçək. İstehsalatı və keyfiyyəti yerindəcə görün.
Böyük işlər, möhkəm təməllər üzərində qurulur. Möhkəm mebel üçün isə biz buradayıq. Sualınız varsa, mənə birbaşa WhatsApp-dan yaza bilərsiniz.
Hörmətlə,
Harun