... baxış
Kiçik mətbəxləri vizual olaraq geniş göstərən masa və stul rəngləri, eləcə də parça seçimi.
Mətbəxiniz Niyə Qutu Kimi Görünür? Məkanı Genişləndirən Rəng Sirrləri
Salam, mən Harun.İstehsalatda hər gün müxtəlif rənglərdə, fərqli tonlarda onlarla masa və stul yığırıq. Və mən hər dəfə qapqara, tünd qoz və ya venqe rəngində böyük bir masa dəsti sifarişi görəndə içimdən bir sual keçir: "Görəsən bu müştərinin mətbəxi nə boydadır?"
Gəlin səmimi olaq, Bakıdakı mənzillərin çoxunda mətbəxlər jurnallardakı kimi 30 kvadratmetr deyil. Çox vaxt dar, uzunsov və ya kiçik kvadrat formalı otaqlarla kifayətlənməli oluruq. Belə bir məkana gedib tünd rəngli, ağır görünüşlü mebel qoysanız, otaq vizual olaraq olduğundan da kiçik görünəcək. Mətbəx sanki üstünüzə gələcək.
Bu gün sizə mebel salonlarında rəng seçərkən gözəllikdən əvvəl "optikanı" necə nəzərə almalı olduğunuzu izah edəcəyəm. Mətbəxinizi qırmadan, uçurmadan necə böyük göstərə bilərsiniz?
İşığı Udanlar və İşığı Qaytaranlar
Otağın geniş görünməsinin yeganə fiziki qaydası var: İşıq.Tünd rənglər (qara, tünd qəhvəyi, tünd boz) otaqdakı işığı canına çəkir, udur. Açıq rənglər (ağ, krem, bej, təbii ağac tonları) isə işığı əks etdirir, divarlara qaytarır. İşıq əks olunduqca insan beyni otağı daha geniş və "havalı" qəbul edir.
Buna görə də mətbəxiniz kiçikdirsə, masanın üst qapağını (tavanını) açıq tonlarda seçməyiniz mütləqdir. Məsələn, biz Frendo-da Ukraynadan xüsusi gətirdiyimiz fıstıq ağacından istifadə edirik. Bu ağacın öz təbii, açıq rəngi və üzərinə çəkilən şəffaf və ya açıq tonlu laklar kiçik məkanlar üçün əsl xilaskardır. Təbii ağac teksturası həm otağı isti göstərir, həm də məkanı boğmur.

"Açıq Rəng Stul Parçası Tez Çirklənər" Qorxusu
Bilirəm, indiyə qədər oxuduqlarınızla razılaşsanız da, içinizdə bir qorxu var: "Harun usta, yaxşı deyirsən, amma mətbəxdə yemək bişirilir, uşaq var. Açıq bej və ya krem rəngində stul parçası iki günə ləkə içində olacaq!"Məhz bu qorxuya görə minlərlə insan balaca mətbəxinə gedib tünd qəhvəyi, naxışlı, tünd boz stullar alır. Bəli, kirlənmə qorxusu haqlıdır, amma artıq dövr dəyişib.
Biz Frendo olaraq stullarımızda istifadə etdiyimiz parçaları seçərkən məhz bu dərdi nəzərə alırıq. Siz tam ağ, krem və ya açıq boz rəngdə stul sifariş edə bilərsiniz və ləkədən zərrə qədər qorxmazsınız. Çünki istifadə etdiyimiz müasir texnologiyalı parçalar su və ya ləkəni canına çəkmir, səthində saxlayır. Çay töküldü? Nəm bir salfetlə silin və keçin.
Buna görə də, sırf "çirklənər" qorxusu ilə mətbəxinizi qaranlıq bir qutuya çevirməyin. Açıq rənglərin cəsarətini yaşayın.
Rəng Qədər Vizual "Ağırlıq" Da Vacibdir
Məkanı geniş göstərmək üçün yalnız rəng kifayət etmir. Mebelin dizaynı da "yüngül" olmalıdır. Təsəvvür edin ki, ağ rəngdə bir masa almısınız, amma ayaqları yoğun, qalın və kobuddur. O masa yenə də otağı zəbt edəcək.Fıstıq ağacının bizə verdiyi ən böyük üstünlük onun dəhşətli dərəcədə möhkəm olmasıdır. Bu möhkəmlik bizə imkan verir ki, masaların və stulların ayaqlarını daha incə, daha zərif (amma daş kimi dözümlü) kəsək. Ayaqlar incəldikcə altından görünən döşəmənin sahəsi artır. İnsan gözü yerdəki boşluğu gördükcə, məkanı daha geniş hiss edir.

Tünd Rəngdən İmtina Edə Bilməyənlər Üçün Kompromis
Bəs kimsə mütləq tünd rəng istəyirsə nə edək? Zövqlər müzakirə olunmur. Əgər tünd rəngləri sevirsinizsə və mətbəxiniz də balacadırsa, o zaman "Kontrast Qaydası"nı tətbiq edirik.Bütün dəsti eyni tünd rəngdə etməyin. Məsələn:
• Masanın üstünü tünd qoz rəngində edib, masanın ayaqlarını və stulları tamamilə krem və ya ağ rəngdə rəngləyə bilərik.
• Və ya tam tərsi, masa açıq rəngdə olar, stulların yalnız parçası tünd zümrüd və ya sürməyi olar.
Biz Frendo-da fərdi sifarişlər qəbul etdiyimiz üçün, bu rəng oyunlarını sizin otağınıza ən uyğun şəkildə kombin edə bilirik. Siz sadəcə xəyal edirsiniz, rəngləri biz qatışdırırıq.
Nəticə
Eviniz, o cümlədən mətbəxiniz sizin enerjinizi təyin edir. Dar, qaranlıq mebellərlə dolu bir otaqda səhər yeməyi yemək başqadır, işıqlı, havalı, zərif mebellərlə döşənmiş bir otaqda çay içmək tam başqa.Mətbəxinizin ölçülərini və divar rənglərini çəkib bizə WhatsApp-da göndərə bilərsiniz. Yaxud da ən gözəli, gəlin showroom-a. O dediyim asan silinən açıq rəngli parçalara özünüz toxunun. Biz sizə məkanınızı boğmayacaq ən ideal dəsti yığaq..
Üstəlik, Frendo olaraq bütün karkaslarımıza verdiyimiz 2 illik rəsmi zəmanət və 12 ayadək faizsiz kredit imkanımızla həm mətbəxiniz genişlənsin, həm də büdcəniz daralmasın..
Gözləyirəm sizi..
Hörmətlə,
Harun