... baxış
Masa ətrafına neçə stul sığar və ideal masa ölçülərinin hesablanması.
Qonaqlıq İşgəncəyə Çevrilməsin: Masanıza Neçə Stul Sığar?
Salam, mən Harun.Bir qonaqlıq təsəvvür edin. Ev sahibi ən ləzzətli yeməkləri bişirib, süfrə möhtəşəm görünür. Siz masaya əyləşirsiniz. Amma bir problem var: Sağdakı qohumun dirsəyi sizin qabınıza girir, soldakı qonaq çəngəli qaldıranda sizə toxunur. Stulu bir az arxaya çəkmək istəyirsiniz, amma ayaqlarınız masanın ayağına ilişir.
Tanış mənzərədir? Çox təəssüf ki, bəli. Bu, insanların mebel alarkən buraxdığı ən klassik xətadır: Darısqal masaya çoxlu stul sığdırmağa çalışmaq. Bu gün mən sizə fabrikdəki təcrübəmizə əsaslanaraq, riyazi dəqiqliklə izah edəcəyəm ki, bir masaya əslində neçə stul yerləşməlidir. Xüsusilə də qarşıdan gələn Novruz və Ramazan süfrələrində qonaqlarınızı necə rahat oturdacağınızı düşünürsünüzsə, bu yazı tam sizin üçündür.
"60 Santimetr" Qızıl Qaydası
Mebeldə gözəllikdən əvvəl erqonomika gəlir. Beynəlxalq standartlara və bizim də istehsalatda əsaslandığımız qaydaya görə: Masa arxasında oturan hər bir şəxsə minimum 60 sm genişlikdə şəxsi məkan lazımdır.Bu nə deməkdir?
Əgər siz yan-yana 3 nəfər oturtmaq istəyirsinizsə, o masanın uzunluğu minimum 180 sm (1.8 metr) olmalıdır. (3 adam x 60 sm = 180 sm). Masanın başlarında da 2 nəfər oturarsa, cəmi 8 nəfərlik masa əldə edirsiniz.
Bəs insanlar nə edir? 1.40 və ya 1.50 metrlik masaya yan-yana 3 stul qoyurlar. Nəticədə qonaqlar "avtobusda sıxışmış" kimi yemək yeyirlər. Sıxlıq səmimiyyət yarada bilər, amma yemək masasında yox.

Gizli Düşmən: Masanın Ayaqları
Gəlin başqa bir detala baxaq. Satıcı sizə deyir: "Bu masa 1.60 metrdir, bura yan-yana 3 stul gedər." Siz masanın yalnız üst qapağını (tavanını) ölçürsünüz və elə bilirsiniz ki, 160 sm tam boşluqdur. Xeyr!Masanın ayaqları adətən içəriyə doğru 10-15 sm yer tutur. Yəni, masanın yuxarısı 1.60 olsa da, ayaqların arasındakı məsafə bəlkə də 1.30 metrdir. Oraya ancaq 2 stul sığacaq. Qalan 1 stul isə masanın ayağının üstünə düşəcək və oturan adam bütün axşamı o ağac ayaqla "savaşacaq".
Buna görə də masa alarkən üstünü deyil, ayaqlar arasındakı məsafəni (iç ölçünü) ölçün.
Frendo-nun Həlli: Sizi Standartlara Məhkum Etmirik
Bura qədər yazdıqlarım bazar standartları idi. Amma biz "Frendo"da prosesə fərqli yanaşırıq. Biz adi bir fabrik deyilik ki, 10 min ədəd eyni masadan kəsib anbara yığaq. Biz yenilikçi istehsalçıyıq və sizin evinizə uyğunlaşa bilirik.Deyək ki, eviniz dardır, amma sizə 1.60 uzunluğunda masa lazımdır. Standart masaların eni 90 sm olur. Bu da otağı boğur. Biz nə edirik? Siz istəsəniz, biz o masanın enini 80 sm edirik. Uzunluq qalır, siz rahat oturursunuz, amma masa otaqda əlavə 10 sm qənaət edir.
Hətta boyu çox hündür olan ailələr üçün masanın hündürlüyünü də (standart 75 sm-dən fərqli olaraq) bir neçə santimetr yuxarı qaldıra bilirik. Söhbət sizin rahatlığınızdan gedirsə, bizim mişarımız sizin istəyinizə uyğun kəsir.
İki Dərddən Bir Qurtuluş: Açılan Mexanizmlər
Ən çox qarşılaşdığım sual: "Harun bəy, biz evdə 4 nəfərik. Mənə böyük masa lazım deyil, çox yer tutur. Amma ayda bir dəfə qonağım gələndə də pərt olmaq istəmirəm. Nə edim?"Baxın, bu problem üçün biz iki xüsusi mexanizm üzərində işləyirik:
1. Standart Açılan Masa (Məsələn: 1.60-dan 2.00 metrə)
Bu, bizim ən çox tələb görən modelimizdir. Gündəlik həyatda mətbəxinizdə 1.60 metr kimi yığcam, zərif dayanır. Ətrafına 4 və ya 6 stul qoyursunuz. Qonağınız gələndə mexanizmi çəkirsiniz (mexanizmlərimiz çox axıcı və səssizdir), masa ortadan və ya kənardan böyüyərək 2 metr olur. Anında 8 nəfərlik rahat, geniş süfrəyə çevrilir.
2. İkiqat Açılan Mexanizm (Məsələn: 2.00-dan 2.80 metrə)
Bu artıq "ağır artilleriya"dır. Daha çox geniş salonlar və böyük ailələr üçündür. Masa normal halda 2 metrdir. Amma bayramlarda, böyük məclislərdə iki mərhələli mexanizm işə düşür və masanız böyük, 2.80 metr uzunluğunda ziyafət masasına dönür. Buraya 12 nəfəri çox rahatlıqla yerləşdirə bilərsiniz. Və ən əsası, mexanizm altda elə gizlənir ki, bağlı halda heç kim masanın uzana bildiyini təxmin belə etmir.
Nəticə: Gəlin, Riyaziyyatı Biz Edək
Stul sayı masanın dizaynına, masanın ölçüsü isə sizin evinizin otağına bağlıdır. Satıcıların "bura 8 dənə sığar" sözünə inanaraq həm pulunuzu, həm də qonaqlarınızın rahatlığını riskə atmayın.Sizə təklifim budur: Otağınızın və ya mətbəxinizin ölçüsünü (boş sahəni) telefonunuza qeyd edin. Hətta bir vərəqə sadə karandaşla otağın planını çəkib bizə WhatsApp-da atın və ya showroom-a gətirin.
Biz sizin üçün həm gündəlik həyatınızı darısqallaşdırmayacaq, həm də qonaqlarınız gələndə onları padşah kimi oturdacaq o ideal masa-stul kombinasiyasını hesablayaq. Rəngini, mexanizmini və ölçüsünü birlikdə təyin edək.
Biz "Frendo" olaraq masa yox, xoş xatirələr üçün məkan istehsal edirik.
Hörmətlə,
Harun.