... baxış
Bar stulu hündürlüyünün düzgün hesablanması
Bar Stulu Alarkən "Gözəyarı" Ölçməyin: Dizləriniz Sizə Təşəkkür Edəcək
Salam, mən Harun.Keçən həftə bir müştərim zəng etmişdi. Səsi çox məyus gəlirdi. Başqa bir mağazadan (ad çəkmirəm) çox bəyənərək 4 ədəd bar stulu alıb. Evə gətirib, qablaşdırmanı açıb, mətbəx adasının qabağına düzüb. Axşam yeməyinə oturanda isə şok yaşayıblar: Stul o qədər hündürdür ki, oturan adamın dizləri masanın altına girmir.
Nəticə? O stullar indi bir küncdə toz basır, müştəri isə təzə xərcə düşüb bizə müraciət edir.
Bu ssenari o qədər çox baş verir ki, artıq buna "Bar Stulu Sindromu" deyirəm. Mağazalarda satılan standart stullar sizin evinizə uyğun gəlməyə bilər. Gəlin bu gün əlinizə metrəni alın və bu işi birdəfəlik həll edək.
Qızıl Qayda: "25-30 Santimetr" Boşluğu
Mebeldə rahatlıq riyaziyyatdır. İstər adi yemək masası olsun, istər bar stulu, qayda dəyişmir: Oturacağın səthi ilə masanın altı arasında 25-30 sm məsafə qalmalıdır.Baxın, masanın üstü demirəm, masanın altı deyirəm. Çünki bəzi masaların qalın çərçivəsi (ətəyi) olur. Sizin dizləriniz o çərçivəyə dəyməməlidir.
Mətbəx Adası vs. Bar Masası
Evlərdə və restoranlarda istifadə olunan masalar iki standart hündürlükdə olur. Səhv elə burada başlayır:1. Mətbəx Adası
Müasir Bakı mənzillərində ən çox rast gəlinən budur. Mətbəx mebeli ilə bitişik olan "ada".
• Masanın hündürlüyü: Adətən yerdən 90 sm olur (standart mətbəx dəzgahı ilə eyni).
• Lazım olan stul hündürlüyü: 60-65 sm (oturacaq hissəsi).
Əgər siz bura gedib standart "Bar stulu" (75 sm) alsanız, dizinizə cəmi 15 sm yer qalacaq. Orada oturmaq işgəncədir!
2. Klassik Bar Masası
Bu daha çox kafe, restoran və ya xüsusi yığılmış hündür barlarda olur.
• Masanın hündürlüyü: Yerdən 105-110 sm.
• Lazım olan stul hündürlüyü: 75 sm.
Gördüyünüz kimi, arada 10-15 sm fərq var. Bu fərq, sizin rahatlığınızdır.

Frendo-da Biz Bunu Necə Həll Edirik?
Bir çox mebel mağazasına girəndə sizə deyirlər: "Bu stul standartdır, ya bunu al, ya da heç nə." Amma biz istehsalçı olduğumuz üçün standartlara tabe deyilik.Bizdə proses belə işləyir:
1. Sizdən soruşuruq: "Masanızın yerdən altına qədər olan hündürlüyü neçədir?"
2. Məsələn, deyirsiniz: "90 sm-dir."
3. Biz dərhal hesablayırıq: 90 - 27 (ortalama boşluq) = 63 sm.
4. Biz stulun ayaqlarını fabrikdə məhz 63 sm hündürlükdə kəsib hazırlayırıq.
Nəticədə siz evə gələndə stul masaya "əlcək kimi" oturur. Nə hündür qalır, nə alçaq. Hətta bəzən müştərinin masası qeyri-standart olur (məsələn 95 sm). Biz yenə də problem görmürük, stulu ona uyğunlaşdırırıq.

Niyə "Tənzimlənən" (Amortizatorlu) Bar Stulu Məsləhət Görmürəm?
Bəlkə soruşacaqsınız: "Harun bəy, bəs hündürlüyü qalxıb-düşən dəmir ayaqlı bar stulları var, onlardan alsaq necə olar?"Usta kimi səmimi deyəcəyəm:
1. Sabitlik: Tək ayaqlı, qalxıb-düşən stullar 4 ayaqlı taxta stul qədər dayanıqlı deyil. Uşaqlar üçün təhlükəli ola bilər.
2. Ömür: O qalxıb-düşən mexanizm (qaz-lift) bir müddət sonra xarab olur. Amma fıstıq ağacından olan 4 ayaqlı stulun xarab olma ehtimalı yoxdur.
3. Görünüş: Ev mühitinə metal ofis stulu yox, isti ağac toxunuşu daha çox yaraşır.
Nəticə: Əlinizə Metrə Alın
Məqaləni oxuyub bitirdinizsə, sizdən bir xahişim var. İndi mətbəxə keçin. Masanızın yerdən tam altına (dizinizin girəcəyi yerə) qədər olan məsafəni ölçün.• Əgər 90 sm-dirsə, sizə 60-65 sm hündürlükdə stul lazımdır.
• Əgər 100 sm və yuxarıdırsa, 70-75 sm stul lazımdır.
Rəqəmi tapdınız? İndi Frendo-ya yazın. Rəngi, parçanı seçin, ölçünü isə bizə buraxın. Biz sizin üçün elə bir stul hazırlayaq ki, orada oturub saatlarla söhbət edəsiniz, "ayağım keyidi" deyib qaçmayasınız.
Hörmətlə,
Harun